Hadisə

Şabranda yanğın törədən şəxs saxlanıldı

Şabranda yanğın törədən şəxs saxlanıldı

Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Demokrat.az-a verilən məlumatda bildirilib.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib .

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

D
demokrat.az