Bakıda baş verən intihar faktı ilə bağlı araşdırma başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, şəhər sakini Ruslan Artayevin intiharfaktı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində baş verib. Şəhər sakini Ruslan Artayev yaşadığı evdə boğazını kəsərək intihar edib.
Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.
Leyla Demokrat.az


