02 sentyabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aşağı Kürkənd kəndində açıq havada gənclərin növbəti günərzi yay istirahət düşərgəsi təşkil olunub.
Demokrat.az xəbər verir ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların hərtərəfli inkişafını təmin etmək məqsədilə təşkil edilən yay istirahət düşərgəsində yeniyetmə və gənclər Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadənin müşayiəti ilə çadır qurub, müxtəlif əyləncəli oyunlar icra edib, musiqi ifa ediblər.
Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan rayon nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Natiq Həsənzadə gənclərə “SWOT analiz” barədə təlim keçib.
Təlim zamanı gənclər güclü və zəif tərəflərini, imkanlarını və qarşılaşa biləcəkləri təhlükələri analiz etməyi öyrəniblər.
Sonda gənclər qrup şəklində praktiki tapşırıqlar yerinə yetirərək öyrəndikləri bilikləri təkmilləşdirib.



