Gündəm

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi — Maraqlı tərcümeyi-halı var...

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi — Maraqlı tərcümeyi-halı var...

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.

Demokrat.azReport-a istinadla xəbər verir ki, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Dövlət Komitəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi — Maraqlı tərcümeyi-halı var...
Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan Hüseynov İsmayıl Xəlil oğlu2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır. Komitənin rəsmi saytında yer alan tərcümeyi-halda göstərilirki, İsmayıl Hüseynov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb. Daha sonra bildirilirki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və 1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb. Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib. Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.
Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi — Maraqlı tərcümeyi-halı var...
Qeyd edək ki, İsmayıl Hüseynovun tərcümeyi-halı ilə bağlıxəbərsaytımızda dərc olunduqdan sonra, onun magistratura təhsili ilə bağlı məlumatDGK-nın rəsmi saytından götürülüb.

D
demokrat.az