Dünya Özəl

Zelenski: “Aktiv hərbi əməliyyatlar xəttinin uzunluğu Kiyevdən Praqaya qədərdir”

Zelenski: “Aktiv hərbi əməliyyatlar xəttinin uzunluğu Kiyevdən Praqaya qədərdir”

Rusiya Federasiyasının təcavüzü nəticəsində Ukraynada 1300 km uzunluğunda olan aktiv döyüş əməliyyatları davam edir ki, bu da təxminən Kiyevdən Praqaya qədər olan məsafədir.

Demokrat.az Ukrayna Prezidentinin saytında yer alan məlumata görə, bu barədə dövlət başçısı Vladimir Zelenski Praqada keçirilən “Forum 2000” konfransının iştirakçılarına müraciətində deyib.

“Kütləvi qırğın silahları istisna olmaqla, bütün mümkün silah növlərinin tətbiqi ilə aktiv döyüş əməliyyatları 1300 kilometrlik bir xətt boyunca davam edir. Bu miqyası təsəvvür edin! Kiyevdən Praqaya gedən yol kimidir”.

Zelenskinin sözlərinə görə, Rusiyada hələ də Sovet İttifaqı dövründən qalma xeyli sayda silah və mərmi var.

“İşğal olunmuş ərazilərdə insanlara qarşı kütləvi terror Avropanın yalnız İkinci Dünya Müharibəsi zamanı nasistlərdən gördüyü səviyyəyə çatıb”, - Prezident əlavə edib.

O, vurğulayıb ki, Rusiya Zaporojye AES-də radiasiya şantajına görə bloklayıcı sanksiyalar almalıdır. Zelenski həmçinin Avropa İttifaqında Rusiya bank sisteminin və Rusiya televiziyasının tamamilə bloklanmasına və Aİ ərazisinin Rusiya vətəndaşları üçün bağlanmasına çağırıb.

Zamiq Demokrat.az

D
demokrat.az