Gündəm Özəl

Bakıda küçənin ortasında bıçaqlanan qadının SON DURUMU

Bakıda küçənin ortasında bıçaqlanan qadının SON DURUMU

Xəbər verdiyimiz kimi, Bakıda küçədə arvadı Nuridə Əhmədovanı bıçaqladıqdan sonra maşınla hadisə yerindən qaçan Araz İsazadə barəsində cinayət işi başlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qadın çoxsaylı bədən xəsarətləri alsa da, xoşbəxtlikdən daxili orqanları zədələnməyib. Amma, üzündən və qolundan ciddi xəsarətlər alıb. Hətta, qadının səs telləri ciddi şəkildə zədələnib.

Qeyd edək ki, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.

Nəzrin Demokrat.az

D
demokrat.az