Gündəm

Nazirlik ermənilərin Laçında törətdiyi yanğınların görüntülərni yaydı — VİDEO

Nazirlik ermənilərin Laçında törətdiyi yanğınların görüntülərni yaydı — VİDEO

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçünFövqəladə Hallar Nazirliyininmüvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.

Bubarədə FHN məlumat yayıb.

Qeyd olunub ki, erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.

Demokrat.az

D
demokrat.az