Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Kürsəngi kəndinin yetirməsi olan şəhid Qarabala Mayılovun atası Ağabala Mayılovla görüşüb.
Demokrat.az xəbər verir ki, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb.
İcra başçısı ölkə başçısının şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildirib:
"Cənab Prezidentin hər zaman şəhid ailələrinə diqqət və qayğısının şahidi olmuşuq. İmzalanan fərman və sərəncamlar, görülən bütün işlər bunu bir daha sübut edir. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması ölkə başçısının yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir".
Görüş zaman şəhid atası Ağabala Mayılov göstərilən diqqət və qayğıya görə Prezidentə öz minnətdarlıqlarını bildirib.




