İnfrastruktur

Tbilisi prospekti bağlı olacaq

Tbilisi prospekti bağlı olacaq

Avqustun 30-da saat 8:00-dan saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Demokrat.az

D
demokrat.az