Kriminal Özəl

Elmar Vəliyevin qardaşına dələduzluq edən şəxsə cəza istənildi

Elmar Vəliyevin qardaşına dələduzluq edən şəxsə cəza istənildi

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Cəfər Əliyevin 12 il azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti proses sentyabrın 9-da davam edəcək.

Istintaq orqanı tərəfindən Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə daha 4 zərərçəkmiş şəxs var.

İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az