Bu gün Çempionlar Liqasında 2022/23 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, tədbirdə Avropanın 32 ən güclü klubu 8 qrupa bölünüb.
Püşkatma zamanı eyni ölkə təmsilçiləri fərqli qruplara salınıb. Bəzi qruplarda nəhəng klublar bir-birlərinə rəqib olub. C qrupunu isə "ölüm qrupu" adlandırmaq olar. "Bavariya", "Barselona" və "İnter" eyni qrupda mübarizə aparacaq. Bu isə o deməkdir ki, yay fasiləsində Kataloniya klubuna keçən Robert Levandovski ilk ilindəcə əfsanəsinə çevrildiyi "Bavariya"ya rəqib olub. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su isə E qrupunda“Milan”, “Çelsi” və“Zalsburq”la yarışacaq.
Qeyd edək ki, ilk turun oyunları sentyabrın 6-7-də keçiriləcək.
A qupu
“Ayaks” (Niderland) “Liverpul” (İngiltərə) “Napoli” (İtaliya) “Reyncers” (Şotlandiya)
B qrupu
“Porto” (Portuqaliya) “Atletiko” (İspaniya) “Bayer” (Almaniya) “Brügge” (Belçika)
C qrupu
“Bavariya” (Almaniya) “Barselona” (İspaniya) “İnter” (İtaliya) “Viktoriya” (Plzen, Çexiya)
D qrupu
“Ayntraxt” (Almaniya) “Tottenhem” (İngiltərə) “Sportinq” (Portuqaliya) “Marsel” (Fransa)
E qrupu
“Milan” (İtaliya) “Çelsi” (İngiltərə) “Zalsburq” (Avstriya) “Dinamo” (Zaqreb, Xorvatiya)
F qrupu
“Real” (İspaniya) “Leypsiq” (Almaniya) “Şaxtyor” (Donetsk, Ukrayna) “Seltik” (Şotlandiya)
G qrupu
“Mançester Siti” (İngiltərə) “Sevilya” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) “Kopenhagen” (Danimarka)
H qrupu
PSJ (Fransa) “Yuventus” (İtaliya) “Benfika” (Portuqaliya) “Makkabi” (Hayfa, İsrail)


