Prezidentİlham Əliyevölkəmizdə səfərdə olanQazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevlə birlikdə mühüm görüşlər keçirdi. İki ölkə arasında çox ciddi sənədlər imzalandı. BizAzərbaycanvəQazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirdiyini görürük. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.Qazaxıstan bu vaxta qədər bir çox məsələlərdə demək olar ki,Azərbaycanın tərəfindən çıxış edib.
Azərbaycanvə Qazağıstanın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur. Hər yerdə dəQazaxıstan vəAzərbaycannümayəndələri sıx, qarşılıqlı fəaliyyət göstərirlər.QazaxıstanlaAzərbaycanın siyasi dostluğunun yüksək səviyyəyə çatdırılması da önəmli hadisədir. Eyni zamandaQazaxıstan Qarabağın yenidən qurulmasında iştirak edəcək və bu iki ölkənin dostluğunun bariz təzahürüdür.
Prezidentİlham ƏliyevAzərbaycanvəQazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirdi ki, “ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həmQazaxıstanda, həm dəAzərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb”. Ölkə başçısının sözlərindən də görünür ki,Azərbaycanhazırda “Orta dəhliz”in inkişafında maraqlıdır və bu istiqamətdəQazaxıstanla əməkdaşlıq məqbuldur.
Aydın məsələdir ki,Rusiya-Ukrayna müharibəsinin başlanması və hazırda davam etməsi dəhlizin əhəmiyyətini gözləniləndən çox artırdı. İndiki məqamdaQazaxıstanın “Orta dəhliz”ə marağının artması da təsadüfi deyil. Düşünürəm ki, bu istiqamətdə rəsmiBakıiləQazaxıstan arasında sazişlərin imzalaması, əslində həm də Kremlin bu məsələdə maraqlı olduğunun göstəricisidir.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova Demokrat.az


