Hadisə

Qubada meşə massivində yanğın başladı

Qubada meşə massivində yanğın başladı

"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".

Bunu "Report"un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:

"Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonun digər ərazilərində yanğın söndürülüb.

Demokrat.az

D
demokrat.az