Gündəm Özəl

Zərdüşt Əlizadə: “Bu, iki ölkə arasında münasibətlərin addım-addım normallaşdığını göstərir”

Zərdüşt Əlizadə: “Bu, iki ölkə arasında münasibətlərin addım-addım normallaşdığını göstərir”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb. Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Məsələ ilə bağlı açıqlama verən politoloq politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu, iki ölkə arasında münasibətlərin addım-addım normallaşdığını göstərir. Politoloq vurğulayıb ki, Azərbaycanın Rusiya, İran, Gürcüstanla keçid məntəqələri var və həmin ölkələrlə münasibətlər nizamlanıb:

"Təbii ki, belə keçid məntəqəsi Ermənistanla da yaranır və buna sevinmək lazımdır. Çünki bu hər iki ölkəyə müsbət cəhətdən təsir edəcək. Əgər tədricən münasibətlər tənzimlənsə, gediş-gəliş mümkün olsa, Azərbaycan Ermənistana, Ermənistan Azərbaycana gəlib-gedə bilərlər. Diplomatlar, siyasilər israrla istəyirlər ki, bu münasibətlər normallaşsın. Bu yaxınlarda Hikmət Hacıyevlə Armen Qriqoryan görüşdü. Yaxınlarda yəqin ki, dövlət başçıları da görüşəcəklər. Onların vəzifəsi iki ölkə arasında sülh yaratmaqdır. Onlar öz vəzifələrini icra edirlər və iki ölkə arasında münasibətlərin normallaşmasına çalışırlar. Əgər sülh yaranmasa demək ki, onlar pis işləyirlər".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az