Gündəm Özəl

“Bu cür gedişat Azərbaycanı qane edə bilməz” — ŞƏRH

“Bu cür gedişat Azərbaycanı qane edə bilməz” — ŞƏRH

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan arasında əsaslı müzakirələr olub.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, bu görüş sülh danışıqlarının bütövlükdə gündəmdə olduğunu göstərir. Analitik hesab edir ki, indiki mərhələdə 10 noyabr razılaşmasının bəndləri icra olunmalıdır:

"Xüsusilə də, Laçın dəhlizi məsələsi üzərindən Laçın şəhərinin, Zabuxun və digər kəndlərin boşaldılması vacib məsələdir.

“Bu cür gedişat Azərbaycanı qane edə bilməz” — ŞƏRH

Bu mənada biz avqustun 25-ni formal nominal bir tarix olaraq gözləməkdəyik. Belə hesab edirəm ki, paralel şəkildə Azərbaycan tərəfi Ermənistan tərəfindən bütövlükdə sülh müqaviləsinə aparacaq yolda bəzi detalları tələb etməkdədir, o cümlədən də bilirsiniz ki, Azərbaycan ərazisinə Yaxın Şərqdən köçürmələr var. Onlar yerli erməni adı ilə bölgəyə yerləşdiriliblər. Həmçinin, bölgədə separatçılar, terrorçular da qalmaqdadır. Hesab edirəm ki, sülh müqaviləsi üçün nəzərdə tutulan bir sıra şərtlər, həmçinin Zəngəzur dəhlizi məsələsi öz əksini tapmalıdır. Əks halda bu cür gedişat Azərbaycanı qane edə bilməz".

Onun sözlərinə görə, vaxtaşırı görüşün keçirilməsi də çox vacibdir:

"Hesab edirəm ki, ən məhsuldar irəliləmə məhz elə Avropa İttifaqının vasitəsilə mümkündür. Elə son görüşün də Brüsseldə təşkil olunması bu kontekstdən xüsusi maraq təşkil edir".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az