Hərbi

Xocavənddə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqları aşkarlandı — FOTO

Xocavənddə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqları aşkarlandı — FOTO

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Demokrat.azxəbər verir ki, bu barədəMüdafiə Nazirliyiməlumat yayıb.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Xocavənddə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin qalıqları aşkarlandı — FOTO

D
demokrat.az