Sosial

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram…”

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram…”

Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.

Elman NəsirovPravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib:

“Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

D
demokrat.az