Hadisə

Maşının şüşəsindən çıxıb rəqs edən qız asfalta çırpıldı — VİDEO

Maşının şüşəsindən çıxıb rəqs edən qız asfalta çırpıldı — VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər gündəm olub.Avtosfer.azxəbər verir ki, hadisə Rusiyada baş verib. Belə ki, hərəkətdə olan avtomobilin pəncərəsindən çölə "sallanan" qız, yıxılaraq asfalta çırpılıb.

Arxadangələn avtomobillərin hadisəyə tez reaksiyası olmasaydı bəlkə də qızmaşınların altında qalardı.

Analoji hallara çox təəssüflər olsun ki, paytaxt küçələrində, dəniz kənarında, şəhərdən kənarda istirahətə gedən həmyerlilərimiz arasında da rast gəlmək olur. “Əylənirik, heç nə olmaz” deyərək təhlükəli hərəkət edənlər yarana biləcək qəzanın sanki fərqində deyillər. Ələxsus azyaşlıları avtomobildə nəzarətsiz qoyaraq bu kimi hallara yol verilməsinə şərait yaradan valideynlərə bu görüntülər dərs olsun.(avtosfer.az)

D
demokrat.az