Gündəm Özəl

İlham Mehbalıyev: “4 kənd və yaşayış massivi təbii qazla təmin olunub”

İlham Mehbalıyev: “4 kənd və yaşayış massivi təbii qazla təmin olunub”

“Car ildə ölkəmizdə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub”.

Demokrat.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bu gün keçirilən mətbuat konfransında deyib. O, hazırda ümumillikdə 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlərin aparıldığını diqqətə çatdırıb:

“Bunlardan artıq 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır. Həmçinin, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb, texniki icra sənədləri isə hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın. Lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ilə keçirilsin. Bunun səbəbini isə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Bildiyimiz kimi, Rusiya-Ukrayna münaqişəsi səbəbindən boru təminatında çətinliklərimiz var idi və bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərməkdədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az