İdman

Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazandı

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda bürünc medal qazanıb.

Demokrat.az xəbər verir ki, lüksemburqlu həmyaşıdları ilə qarşılaşan basketbolçularımız əsas vaxtı 64:64 hesablı bərabərliklə başa çatan matçın əlavə vaxtında üstün olublar -78:73.

Qeyd edək ki, Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub. Finalda Monako və Albaniya yığmaları qarşılaşacaq.

Demokrat.az

D
demokrat.az