Gündəm

Azərbaycanın Ukraynadakı səfirliyindən vətəndaşlara MÜRACİƏT

Azərbaycanın Ukraynadakı səfirliyindən vətəndaşlara MÜRACİƏT

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib.

Həmin müraciətdə deyilir:

Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar səfirlik ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir:

- Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq; - Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər hərbi obyektlərdən uzaq durmaq; - Ölkə daxilində səfər edərkən diqqətli olmaq, marşrutu ehtiyatla seçmək, təhlükəsizliyinə mümkün qədər əmin olmaq; - Ciddi ehtiyac olmadıqca əhalinin sıx toplaşdığı ictimai yerləri ziyarət etməmək; - Ölkə daxilində nəzarət məntəqələrinin fəaliyyət göstərdiyini nəzərə alaraq şəxsiyyəti təsdiq edən etibarlı sənəd gəzdirmək; - Komendant saatlarına və səlahiyyətli orqanların digər təhlükəsizlik tələblərinə riayət etmək; - Etibarlı səyahət sənədlərini hazır vəziyyətdə saxlamaq (etibarlı sənədləri olmayan vətəndaşlarımızın sənədlərinin mümkün şəkildə qaydaya salınması üçün səfirliklə əlaqə saxlamaları xahiş olunur); - Olduqları yerə yaxın ərazilərdə mövcud sığınacaqları bilmək, hava həyəcanı zamanı sığınacaqda daldalanmaq, mümkün olmadığı təqdirdə binaların alt mərtəbələrində sığınmaq, pəncərə və qapılardan uzaq durmaq, vəziyyətlə bağlı rəsmi məlumatları izləmək; - Fövqəladə vəziyyət yarandıqda səfirliklə əlaqə saxlamaq; - Olduqları yerdə mövcud Azərbaycan diaspor təşkilatlarının fəalları ilə əlaqədə olmaq; - Ukraynaya səfər etmək niyyətində olan vətəndaşlarımızın ciddi ehtiyac olmadıqca səyahətlərini təhlükəsizlik şəraiti yaxşılaşanadək təxirə salmaları.

Səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:

Telefonlar: 044 484 69 40, 073 505 00 00, 099 408 99 43 (zənglərin çox olması səbəbindən ilk zəngdən əlaqə yarada bilmədikdə az sonra təkrar zəng edilməsini xahiş edirik) Elektron poçt:kiev@mission.mfa.gov.az Ünvan: Kiyev şəhəri, Qlıboçitska küçəsi, 24 https://www.facebook.com/AzEmbUkraine Konsulluq şöbəsinin qəbul saatları: Müraciətlərin qəbulu – 10:00-13:00 Hazır sənədlərin verilməsi: 15:00-17:00

Qeyd: şənbə, bazar və rəsmi qeyri-iş günlərində vətəndaşların qəbulu təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarda və öncədən qeydiyyat əsasında aparılacaq. Digər məlumat və tövsiyələrdən xəbərdar olmaq üçün səfirliyin feysbuk sosial şəbəkəsində səhifəsinin izlənməsini xahiş edirik.

Demokrat.az

D
demokrat.az