Hadisə

Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın oldu

Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın oldu

Cəlilabad rayonunda yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pərdi və Cəngan kəndlərində qeydə alınıb.

Kənd sakinlərinə məxsus 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Hadisə yerinə rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az