Dünya

Ukraynadan əsirlərin öldürülməsinə REAKSİYA

Ukraynadan əsirlərin öldürülməsinə REAKSİYA

“Ukrayna Rusiya Federasiyasının hərbi qulluqçuları tərəfindən ukraynalı hərbi əsirlərə qarşı törədilmiş amansız hərbi cinayətləri, xüsusilə də dəhşətli işgəncə, fiziki zorakılıq, qeyri-insani rəftar, qəsdən böyük iztirablara səbəb olma, bədənə və ya sağlamlığa ağır xəsarət yetirilməsi və ukraynalı məhbusların qəsdən öldürülməsi hallarını qəti şəkildə pisləyir”.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ukraynalı hərbi əsirlərin qəsdən öldürülməsi, işgəncə və ya qeyri-insani rəftara məruz qalması, onların bədənlərinə və ya sağlamlığına ağır xəsarət yetirilməsi Əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və Ukrayna Cinayət Məcəlləsinə əsasən hərbi cinayətdir:

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə görə, bu cür hərəkətlər insanlığa qarşı cinayət kimi də təsnif edilə bilər. Biz Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğunu Rusiya Federasiyası vətəndaşlarının Ukrayna ərazisində törətdikləri hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin araşdırılması kontekstində rus hərbçilərinin vəhşiliklərinə dərhal diqqət yetirməyə çağırırıq”.

D
demokrat.az