“İranın Ermənistana dəstək çıxması normaldır. Çünki hər ikisi də bölgədə sonradan Azərbaycan torpaqları üzərində dövlət olublar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. Hərbi analitik vurğulayıb ki, 1828-ci ildən etibarən türk dövləti Qacarın şimal torpaqlarını itirməsi ilə göçəbə erməni tayfaları tədricən ərazilerimizi zəbt etdikləri kimi, Arazın cənubunda da Qərbin dəstəyi ilə farslaşdırma prosesi başlayıb:
“70 illik Sovet Rusiyası işğalı dönəmində isə arxivlərimiz məhv edilərək tariximiz saxtalaşdırılıb.

Məhz baş verənlərə görə Ermənistanda irsimizdən heç bir nümunə qalmayıb. Bugünün İranı isə Səfəvilər, Əfşarlar, Qacarlar kimi atalarımızın qurduğu dövlətləri fars kökənli olaraq tanıtmağa çalışıblar. Dolayısı ilə hər iki mövcud saxta fars və erməni dövlətləri eyni bənzər keçmişdən gəldikləri üçün narahatdırlar. Amma bilməlidirlər ki, bu torpaqların əsl sahiblərinə qarşı əlbir olaraq düşmən mövqedə durmaları onların sonunun gəlməsinə əngəl olmayacaq”.
“Bu gün İran İslam Respublikası düşmənimizin ərazi bütövlüyünün qırmızı çizgisi olduğunu bəyan edir. Bayatılarımıza, nağıllarımıza görə siyasi mesajlar verir. Soydaşlarımızı davamlı işgəncələrə məruz buraxır. İraqda Türkiyəyə qarşı Rusiya, Qərb və sionistlərlə müttəfiqlik edir. Bütün bunları edərkən isə dini unudub fars şovinizmini göstərməsi ilə əsl üzünü göstərmiş olur”- deyə sonda hərbi analitik qeyd edib.
Aynurə Demokrat.az


