Kriminal Özəl

“Arvadım sözümə baxmırdı, mənə cavab qaytarırdı” — Ər-arvad arasında dava

“Arvadım sözümə baxmırdı, mənə cavab qaytarırdı” — Ər-arvad arasında dava

Zaqatala rayonunda 1992-ci il təvəllüdlü Cəbrayıl şəxsi mqünasibətlər zəminində yaranan mübahisə zamanı arvadı Fatmanı (adlar şərti verilib – red.) döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 26-da Üçüncü Tala kəndində baş verib.

Cəbrayıl yaşadıqları evdə arvadı ilə ailə-məişət münasibətləri zəmnində mübahisə edib.

Mübahisə zamanı Cəbrayıl qisas almaq niyyəti ilə Fatmanın ağız nahiyəsinə yumruq və şillə ilə vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Cəbrayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Cəbrayıl özünü tam təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Zaqatala rayonu Yengiyan kəndində yaşayan Fatma ilə ailə qurub: “Birgə nikahmızdan iki azyaşlı övladımız var. Aprelin 26-da səhər yaşadığı evdə olarkən saat 08 radələrində arvadım ilə aramızda ailə-məişət münasibətləri zəminində mübahisə yarandı. Arvadı səbəbsiz mübahisə yaradaraq mənim üzümə söz qaytardı. Həmin vaxt əsəbiləşdim və arvadımın ağzına bir dəfə şillə vurdum. Şillə vurandan sonra arvadım sakitləşərək öz otağına keçdi”.

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra şəxsi işi ilə bağlı Zaqatala şəhərinə gedib: “Arvadım və azyaşlı qızım evdə qaldı. Həmin gün nahar vaxtı saat 13 radələrində Zaqatala şəhərindən evə qayıtdım. Evə daxil olduqda arvadımın və qızımın evdə olmadığını gördüm. Arvadımın və qızımın harda olduğunu maraqlandım. Onların Zaqatala rayonu Yengiyan kəndində yaşayan qayınatamın evində olduğu mənə məlum oldu”.

Zərərçəkmiş Fatmanın sözlərinə görə, hadisə günü evdə olarkən əri ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb: “Mübahisə zamanı ərim məni nalayiq ifadələrlə təhqir etdi. Həmin vaxt Cəbrayıldan ünvanıma dediyi təhqiredici sözlərə son qoymasını və sakitləşməsini xahiş etdim. Cəbrayıl buna baxmayaraq həmin vaxt daha da əsəbiləşərək mübahisəni davam etdi. Mübahisə zamanı Cəbrayıl qəsdən ağız nahiyəmə bir dəfə şillə vurdu. Bundan sonra öz otağıma keçdım və güzgüyə baxdıqda dodağımdan qan gəldiyini gördüm. Aramızda baş vermiş mübahisədən sonra ərim azyaşlı oğlumu yaşadığımız kənddə yerləşən körpələr evinə apardı, özü isə işlə bağlı Zaqatala şəhərinə getdi. Həmin vaxt Cəbrayılın mənə qarşı etdiyi hərəkətə əsəbləşdim və uşaqlarımı da götürərək atamın evinə getdim”.

Fatma bildirib ki, hadisə ilə bağlı Zaqatala rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan tam şəkildə ödənildiyini, heç bir şikayəti olmadığını deyib.

Zaqatala rayon Məhkəməsinin hökmü ilə Cəbrayılın barəsində ittihamedici hökm çıxarılmayıb. Onun arvadı ilə barışması, arvadının ondan şikayətçi olmaması nəzərə alınıb.

Cəbrayılın barəsində olan cinayət işinə xitam veriib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az