Gündəm Özəl

Deputat: “Dövlət istehlak bazarındakı qiymətləri optimallaşdırmağa çalışır”

Deputat: “Dövlət istehlak bazarındakı qiymətləri optimallaşdırmağa çalışır”

“Əkin və məhsul subsidiyalarının məbləğinin artırılması fermerləri taxıl istehsalına daha çox stimullaşdırmaq məqsədi daşıyır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, İstanbul imzalanan sazişə baxmayaraq qlobal ərzaq böhranı, eyni zamanda taxılla təminat ciddi problemlərdən biri olaraq qalmaqdadır:

“Bu kontekstdən təbii ki, subsidiya məbləğinin artırılması, istehsalın təşviq edilməsi və fermerlərin xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiyası məqsədi daşıyır. Təbii ki, gözlənilir ki, bütövlükdə bu fermerlərin bu xərcdən azaldılmasına və təşviq yolu ilə istehsalın stimullaşdırılmasına imkan verəcək.

Deputat: “Dövlət istehlak bazarındakı qiymətləri optimallaşdırmağa çalışır”

Məqsəd qiymət artımlarının, bu gün dünyada müşahidə edilən qlobal, xüsusən də çörək məmulatlarının, unun qiymətində müşahidə edilən artımların Azərbaycanın istehlak bazarında təsirləri minimumlaşdırmaqdan ibarətdir”.

V.Bayramov əlavə edib ki, nəticə etibarilə xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması qiymətləri optimallaşdırmaq məqsədi daşıyır:

“Ona görə də, məqsəd xərclərin kompensasiyası, istehsalın genişləndirilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır. Eyni zamanda buna uyğun olaraq ərzaq təhlükəsizliyin formalaşdırılması da əsas hədəflərdən biridir. Ona görə də, həm əkin, həm məhsul subsiyida məbləğinin artırılması yolu ilə dövlət fermerləri təşviq etməklə yanaşı, eyni zamanda istehlak bazarındakı qiymətləri optimallaşdırmağa çalışır. Təbii ki, məqsəd daha çox istehsalın həyata keçirilməsinə nail olmaqdan ibarətdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az