Sosial Özəl

Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR

Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR

05-24 iyul 2022-ci il tarixlərdə Salyan rayon Sarvan kənd stadionunda Salyan “Aran” idman klubunun təşkilatçılığı, Salyan rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Salyan rayon Sarvan ərazi dairəsi üzrə şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirilmişdir.

Demokrat.az xəbər verir ki, 8 komandanın iştirak etdiyi turnirdə yarışlar hər yarımqrupda 4 komanda olmaqla 2 yarımqrup üzrə A və B yarımqrupları üzrə keçirilmişdir.

A yarımqrupunda Şorsulu , Seyidsadıqlı , Dayıkənd və Noxudlu kənd ərazi dairələrinin komandaları mübarizə aparmışdır.

B yarımqrupunda “Nicat Nur” komandası , Sarvan və Qızılağac kənd ərazi dairələrinin komandaları və “Lokomotiv” komandası mübarizə aparmışdır.

20 və 21 iyul 2022-ci il tarixlərində turnirin yarımfinal mərhələlərinin qalibləri Noxudlu və Sarvan kənd ərazi dairələrinin komandaları finala vəsiqə qazanmışdır.

24 iyul 2022- ci il tarixdə turnirin final oyunu baş tutmuşdur. Turnirin final oyununda final oyununa vəsiqə qazanan kənd ərazi dairələrinin futbol komandaları , Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan “Aran” idman klubunun direktoru Vüqar Abdullayev , şəhid ailələri, qazilər və müharibə veteranları , rayonun idman ictimaiyyəti və futbol həvəskarları iştirak edirdi. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra final oyununa start verildi . Final oyununda Noxudlu və Sarvan kənd ərazi dairələrinin komandaları qarşılaşmış və oyun Noxudlu kənd ərazi dairəsinin komandasının 2:0 hesablı qələbəsi ilə bitmişdir.

Sonda turnirin təltifetmə mərasimində I və II yeri tutmuş komandalar və turnirin seçilən oyunçuları Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan “Aran” idman klubunun direktoru Vüqar Abdullayev tərəfindən Salyan “Aran” idman klubunun diplom, fəxri fərman ,kubok və medalları ilə təltif olundular.

Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR
Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR
Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR
Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR
Salyanda şəhidlərin əziz xatirəsinə həsr olunmuş açıq futbol turniri keçirildi — FOTOLAR

Kərim Demokrat.az

D
demokrat.az