Region

İranın XİN rəhbəri Azərbaycandakı səfirə göstərişlər verdi

İranın XİN rəhbəri Azərbaycandakı səfirə göstərişlər verdi

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Demokrat.az İranın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfir nazirə Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.

Görüşdə Əmir-Abdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb və Musəviyə lazımi göstərişlər verib.

Demokrat.az

D
demokrat.az