Payız və qış mövsümündə koronavirusla bağlı vəziyyət ağır ola bilər.
Demokrat.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığında deyilir.
ÜST-nin Avropa üzrə direktoru Hans Kluqe yeni növ koronavirusun potensial öldürücü xəstəlik olaraq qaldığınl deyib. Onun sözlərinə görə, son 6 həftədə 53 ölkədə yoluxma üçqat artıb. Xəstəxana şəraitində müalicə olunanların sayında ikiqat artım müşahidə olunur. Avropada hər həftə 3000 koronavirus xəstəsi ölür.
"Payızda məktəblərin açılması və insanların qapalı məkanlara daha çox toplaşması yoluxma riskini artıracaq" deyən Kliqe qeyd edib ki, digər tərəfdən, insanların xəstəliyə qarşı diqqətinin azalması da Avropada payız və qışın ağır keçəcəyini deməyə əsas verir.
"Tədbir görmək üçün payızı gözləmək gec ola bilər", - deyə Hans Kluqe vurğulayıb.


