Kriminal

Ərini öldürən Gülnara bu qədər cəza verildi

Ərini öldürən Gülnara bu qədər cəza verildi

Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadəyə hökm oxunub.

"Kriminalqafqaz" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Hövsanda baş verib. 1991-ci il təvəllüdlü Gülnar 1990-cı il təvəllüdlü əri Elşən Vəlizadəni bıçaqlayıb. Yaralı xəstəxanada vəfat edib. Ailənin iki azyaşlı övladı var.

D
demokrat.az