İdman

Benzema “Real Madrid”i xilas etdi

Benzema “Real Madrid”i xilas etdi

İspaniya “La Liqa”sının 31-ci həftəsində “Real Madrid” və “Leganes” 1:1 hesabı ilə bərabərə qalıb.

Demokrat.az xəbər verir ki, qarşılaşmanın ilk yarısının 45-ci dəqiqəsində Jonathan Silvanın atdığı qol ilə ev sahibi “Leganes” üstünlüyü ələ alıb - 1:0.

İkinci yarının 51-ci dəqiqəsində isə Karim Benzemanın atdığı qol ilə “Real Madrid” bərabər hesabla oyunu bitirib.

Qeyd edək ki, bu nəticə ilə 3-cü sıradakı “Real Madrid”in xalı 61 olub və lider “Barcelona”dan 13 xal geridə yer tutub.

D
demokrat.az