İdman

Abramoviç Aİ Şurasını məhkəməyə verdi

Abramoviç Aİ Şurasını məhkəməyə verdi

Roman Abramoviç sanksiyalara görə Aİ Şurasını məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, Rusiyalı oliqarx Roman Abramoviç Aİ-dən ona sanksiyaların vurduğu zərərin ödənilməsini tələb edib.

Milyarder məhkəmə yolu ilə İngiltərənin “Çelsi” futbol klubunun satışından gəlir əldə etmək üçün yaradılmış xeyriyyə fonduna 1 milyon dollar köçürülməsini istəyir.

Abramoviç hesab edir ki, sanksiyalar onun Avropa İttifaqının qorumalı olduğu hüquqlarını pozur.

Xatırladaq ki, biznesmen Portuqaliya vətəndaşıdır.

D
demokrat.az