Dünya

Təbrizin ən böyük istehsalat zavodunda yanğın

Təbrizin ən böyük istehsalat zavodunda yanğın

Təbrizin Şirin Asal zavodunun material anbarlarında güclü yanğın baş verib.

Demokrat.az bu barədə "Khabaronline" saytına istinadən xəbər verir.

Dünən gecə yerli vaxtla saat 22:00-da başlayan yanğın saat 03:30 radələrində söndürülüb.

Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin baş direktorunun sözlərinə görə, fabrikin 2 əməkdaşı hadisə zamanı xəsarət alıb və onlara ambulator müalicə olunub.

Şəndəbad stansiyasının yanğınsöndürmə briqadasından da 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda yanğının səbəbləri və dəymiş maddi ziyan araşdırılır.

Qeyd edək ki, Şirin Asal zavodu İranda məşhur qida istehsalı şirkətidir və təxminən 10 min işçisi ilə Şərqi Azərbaycan vilayətində, həmçinin İranın bütün şimal-qərb və qərb bölgəsində ən böyük zavodur.

D
demokrat.az