Sosial Özəl

200 min manatlıq dələduzluqda ittiham olunan vəkilin məhkəməsi başladı

200 min manatlıq dələduzluqda ittiham olunan vəkilin məhkəməsi başladı

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 25-ə təyin edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurub. Vüqr Səfərli əvvəllər kollegiyanın üzvü olub. Vüqar Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az