Hadisə

Azərbaycan ordusunun hərbçisi həlak oldu

Azərbaycan ordusunun hərbçisi həlak oldu

Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Demokrat.az

D
demokrat.az