Muğlanın Datça rayonunda baş verən meşə yanğınında alov güclü küləyin təsiri ilə Hayıtbükü körfəzinə yaxınlaşıb.
Demokrat.az trt haber-ə istinadən xəbər verir ki, Döşəməaltı kəndində birmərtəbəli fərdi yaşayış evinin damını bürüyən alovu söndürmək üçün kənd sakinləri səfərbər olub.
Ehtiyat tədbiri olaraq bəzi evlər boşaldılıb. Ərazidəki dörd ev yanğından qismən zərər görüb.
Bu evlərdə məskunlaşan 15 nəfər təxliyə edilib.
***16:34
Türkiyədə Muğla şəhərinin Datça rayonunda naməlum səbəbdən meşə yanğını baş verib.
Demokrat.az xəbər verir ki, yanğının nəzarət altına alınması istiqamətində işlər davam edir. Alov küləyin təsiri ilə ətrafa yayılıb.
Əraziyə doqquz helikopter, beş təyyarə, həmçinin onlarla su tankeri və çox sayda xilasetmə qrupu cəlb olunub.
Hazırda alovun daha geniş əraziyə yayılmasının qarşısının alınmasına çalışılır.


