ABŞ hərbçiləri Suriyada “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderini hava zərbəsi nəticəsində məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Suriyanın şimal-qərbində İŞİD-in iki “yüksək rütbəli nümayəndəsi”ni atəşə tutub:
"İŞİD-in ilk beş əsas liderindən biri və Suriyadakı İŞİD lideri Maher əl-Aqal həmin zərbə nəticəsində öldürülüb. Maherlə yaxın əlaqələri olan yüksək rütbəli İŞİD rəsmisi zərbə nəticəsində ağır yaralanıb".


