Hadisə

Bakıda bina yandı — YENİLƏNİB

Bakıda bina yandı — YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-dən verilən məlumata görə, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 110 kvadrat metr olan mənzilin bir otağında və eyvanında beş kvadrat metr sahədə məişət tullantıları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

***11:10

Bakının Yeni Günəşli qəsəbəsində yanğın başlayıb.

Yanğın çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Kərim Demokrat.az

D
demokrat.az