Gündəm Özəl

Rusiyanın artıq arteriya damarı “kəsildi” — ŞOK AÇIQLAMA

Rusiyanın artıq arteriya damarı “kəsildi” — ŞOK AÇIQLAMA

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Rusiyaya qarşı Qərbin konkret saksiyaları ilə üzləşməsinə gətirib çıxartdı. Təbii ki, edilən bu kimi sanksiyalar Rusiyanın artıq arteriya damarının kəsilməsi deməkdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əəsdullazadə deyib. Politoloq əlavə edib ki, bu da siyasi elitanın Putinə qarşı çıxmasına yönəlib:

“ünki Putinin ətrafı onu hakimiyyətdə saxlayır və onlar böyük maliyyə sərvətinə malikdirlər. Onların da maliyyə, ticari əməkdaşlığı Qərblədir. Qərbin də bu kimi sanksiyaları təbii ki, Rusiya siyasi elitasını hədəfə alıb.

Rusiyanın artıq arteriya damarı “kəsildi” — ŞOK AÇIQLAMA

Amma, bu, o demək deyil ki, Rusiyanı parçalayacaq. Sadəcə olaraq Rusiyanın zəiflədəcək və bu müəyyən prespektivə, strateji istiqamətə yönəlib. Amma, qeyd etdiyim kimi, Rusiyanın daxilində subyektlərin parçalanması üçün hədəflənməyib. Sadəcə olaraq, Putinin siyasi hakimiyyətinin zəiflədilməsi, növbəti seçkilərdə onu hakimiyyətdən getməsinə hədəflənib. Təbii ki, Avropa İttifaqının bu siyasəti konkret olaraq Rusiyanı zəiflədəcək. Hakim elitanın da müəyyən bir tektonik bir prosesin başlanmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Avropa İttifaqı Kremlə iqtisadi təzyiqləri artırmağı planlaşdırır.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az