Siyasət Özəl

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”

Hər bir cəmiyyətdə güclü milli şüurun, sağlam düşüncənin, mənəvi-psixoloji mühitin mövcudluğu öz növbəsində dövlətin mənəvi əsaslarının möhkəmliyindən xəbər verir. Dövlətin mənəvi əsaslarının davamlı etibarlılığını təmin etmək üçün isə gənc nəsil düzgün ruhda yetişdirilməli, milli-mənəvi dəyərlər yeni nəslə ötürülməlidir. Bu baxımdan da cəmiyyət olaraq hamımız gənc nəslin milli mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə önəm verməliyik.

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının icraçı direktoru Gülnarə Bağırova Demokrat.az-a açıqlamasında bildirdi ki, bu gün cəmiyyətimiz, dövlətimiz nə qədər uğurlu inkişaf yolu keçsə, sosial-iqtisadi uğurlara imza atsa belə, gənclərimiz bir sıra çətinliklərlə üzləşirlər:

“Təbii ki, bu gün gənclərimizin müxtəlif zərərli və pis vərdişlərə aludə olmasına, narkomaniya hallarına rast gəlirik. Bu, cəmiyyəti düşündürən, milli genofondumuzu narahat edən məsələlərdəndir. Eyni zamanda, erkən nikahlarla bağlı məsələlər də genofondumuza mənfi təsir göstərir. Bütünlükdə isə bunlar gələcəkdə Azərbaycan vətəndaşının həm layiqli vətəndaş kimi, həm dövlətini, Vətənini, millətini sevən insan kimi yetişməsində öz mənfi təsirlərini göstərir. Buna qarşı mübarizə üsulları ən müxtəlif dövlət qurumları tərəfindən, eyni zamanda ictimai qurumlar, qeyri-hökumət təşkilatları və digər aidiyyatı qurumların əsas vəzifələrindən, fəaliyyətlərindən biri olmalıdır. Bizim “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” da uzun zamandır regionlarda gənclərin zərərli vərdişlərinə qarşı maarifləndirici layihələr, aksiyalar keçirir. Həmçinin, gənclərin milli, vətənpərvər ruhda tərbiyə alması və fəal vətəndaşlıq mövqeyindən yetişməsi üçün önəmli layihələr, proqramlar, tədbirlər həyata keçirilməkdədir. Təbii ki, bir-iki işlə bu problemləri aradan qaldırmaq mümkün deyil, buna kompleks yanaşma olmalıdır. Burada biz müxtəlif dövlət qurumlarının dəstəyini görürük və görməkdəyik. Eyni zamanda, bu işləri müxtəlif milli donor institutları ilə də həyata keçiririk”.

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
Təşkilat rəhbəri hesab edir ki, bu gün Azərbaycan gənci çox mübarizə ruhdadır:

“Etiraf edək ki, biz 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin öz dövlətinə, millətinə, torpağına necə bağlı olduğunun şahidi olduq. Gənclərimiz bu müharibədə bir daha göstərdilər ki, onlar hər zaman dövlətə, torpağa, Vətənə bağlıdırlar. Eyni zamanda, fəaliyyət ilə, əməli ilə Ali Baş Komandanın rəhbərliyi altında hər an silaha sarılıb, Vətənin müdafiəsinə hazır olduqlarını nümayiş etdirdilər. Təbii ki, biz bu tərbiyəni, milli düşüncəni, vətənpərvər ruhu, fəal vətəndaş mövqeyini daim qoruyub saxlamalıyıq. Ölkəmizdə gənclərin müxtəlif yad təsirlərin “ixracı” ilə hər hansı başqa bir formada tərbiyə olunmasına qarşı önəmli addımlar atılmalıdır. Əlbəttə, biz gənclər təşkilatı olaraq bu istiqamətdə də işlərimizi həyata keçiririk. Bir neçə il bundan əvvəl məhz önəmli bir layihəmizin adı “Milli düşüncədə, vətənpərvər ruhda gənclər yetişdirək” adlı bir uğurlu layihə icra etdik. Layihənin əsas məqsədi Azərbaycan vətəndaşının milli-mənəvi, əsas dəyərlərinin gənclərə aşılanması idi. Ümumiyyətlə, bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Azərbaycan vətəndaşı üçün mühüm olan milli-mənəvi dəyərləri Azərbaycan gəncləri yaşatmalıdır. Yalnız bu mühazirə xarakterli bir sözlə deyilməli yox, bu gəncin düşüncəsi də, həyatı da, fəaliyyəti də bu milli-mənəvi dəyərlər üzərində qorunmalıdır. Bunun üçün də dəyərlərin aşılanması yollarını təkcə hər hansı seminarla, hansısa bir tədbirlər yox, müxtəlif maarifləndirici vasitələrlə onları cəlb etmək lazımdır. Bu gün Azərbaycan gəncinin buna böyük ehtiyacı var. Bu layihələrlə, tədbirlərlə həqiqətən də ölkədə gənclik milli ruhda tərbiyə olunmalı, milli mənlik qorunmalıdır. Eyni zamanda, fəal vətəndaş mövqeyi ortaya qoyulmalıdır. Bu gün Azərbaycan gənci yalnız ölkə daxilində deyil, xarici ölkələrdə də Azərbaycanı layiqincə təmsil edirlər. Təbii ki, təmsil edəndə onlar da azərbaycanlı kimi, bu dövlətə və Vətənə layiqli vətəndaş kimi dövlətinin mövqeyini, onun ədalətli mövqeyini çatdırmaqda hazırlıqlı olmalıdır. Azərbaycan gəncləri dünya arenasında regional müstəvidə ölkəmizi ciddi şəkildə təmsil edirlər. Təbii ki, bunun üçün də onlar bilikli, savadlı, geniş təcrübəli olmalıdırlar. İstər vətənpərvərlik, istərsə də vətəndaş mövqeyi sayəsində bu məsələlərə ciddi önəm verilməlidir”.

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
G.Bağırova deyir ki, bəzi xarici qüvvələr ölkə daxilində xaos yaratmağa çalışırlar:

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, xüsusən də xarici qüvvələrin təsiri ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr var. Yəni, müharibədən sonra qələbə ruhumuzu, Qarabağdakı quruculuq işlərimizi həzm etməyən qüvvələr dövlətimizdə hökm sürən bu sabitliyi, monolit birliyimizi pozmaq istəyirlər. Həmin xarici qüvvələr ölkə daxilində özlərinin bəzi “dəstəkçi”ləri vasitəsilə Azərbaycan gənclərini bu mənfi, çirkin oyunlarına qoşmaqla ölkə daxilində xaos, ajiotaj yaratmaq, Azərbaycan gənclərini dövlətə, hakimiyyətə qarşı qaldırmaq istiqamətində fəaliyyət göstərmək istəyirlər. Amma bir şey aydındır ki, Azərbaycan gənci artıq həm o müxalif adlanan qüvvələri, eyni zamanda onların xarici havadarlarının bu təsirlərinə heç vaxt uymayacaq. Təbii ki, onların təsirləri altında heç vaxt bu dövlətə qarşı çıxmayacaqlar. Azərbaycan dövləti, əsasən də gəncliyi hər zaman dövlətin yanındadır. Bu antimilli qüvvələrin, istər Xalq Cəbhəsi olsun, istər Milli Şura olsun, onun ətrafında birləşən bəzi qüvvələr olsun. Eyni zamanda, onların xaricdəki “havadarlar”ının hər hansı bir çağırışı olsun, hər hansı bir sosial şəbəkələrdəki paylaşımları olsun, gənclərimiz heç vaxt bunlara aldanmayacaq. Gənclərimiz Azərbaycan dövlətinin, Prezidentinin, onun ölkə daxilindəki fəaliyyətini görürlər. Bu gün Azərbaycan Prezidentinin əzmlə Qarabağda apardığı quruculuq işlərini ölkə gəncləri dəstəkləyir və dəstəkləyəcək də. Heç zaman həmin o qüvvələrin təsiri altında dövlətimizə qarşı çıxmayacaqlar. Hər zaman mübarizələri Azərbaycan dövlətinin qorunması, Azərbaycan dövlətinin inkişafı və tərəqqisi olacaq”.

Milli Məclisin deputatı Cavid Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir ölkənin, hər bir xalqın lokomotiv hissəsi, məhz onun əsas enerjili təbəqəsi xalqın gəncliyi hesab olunur:

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
“Azərbaycan gəncliyi Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunmuşdur. Dövlət səviyyəsində Azərbaycan gəncliyinə çox böyük diqqət və qayğı göstərilir. Dövlət gənclər siyasəti ölkəmizdə çox uğurla icra olunur. Azərbaycan gəncliyinin daha yaxşı təhsilli, intelektual səviyyəsinin yüksək olması üçün müxtəlif dövlət proqramları, layihələr həyata keçirilməkdədir. Gəncliyimizin vətənpərvərlik ruhunda yetişməsi, savadlı, təhsilli, Vətənimizə, doğma Azərbaycanımıza fayda verməsi üçün və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün, ölkəmizi xarici ölkələrdə layiqincə təmsil etmək üçün mühüm addımlar atılmışdır və Azərbaycan gəncliyi də hər zaman bunu əyani şəkildə göstərmişdir. Əlbəttə ki, Azərbaycan gəncliyi tarix yazan gənclərdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu hansı ki, əsasən Azərbaycan gəncliyi ilə təmsil olunur, onlar tarix yazaraq erməni işğalına son qoyduvə torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibə ərzində dünya tarixində misli görünməmiş qətiyyət, şücaət, qəhrəmanlıq göstərdilər”.
“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
Deputatın sözlərinə görə, təəssüfedici haldır ki, son zamanlar ölkəmizdə gəncliyin məhz zərərli vərdişlərə, pis vərdişlərə qurşanmasını da biz görməkdəyik:

“Əlbəttə ki, bu neqativ tendensiya aradan qaldırılmalıdır. Xüsusi qeyd etmək istəyirəm ki, dövlət hüquq-mühafizə orqanları tərəfindən zərərli vərdişlərin qarşısının alınması üçün, xüsusən narkomaniyaya qarşı çox amansız mübarizə aparılmaqdadır və bununla bağlı hüquq-mühafizə orqanlarımız tərəfindən çox mütəşəkkil şəkildə operativ tədbirlər həyata keçirilməkdədir. Ancaq eyni zamanda biz cəmiyyət olaraq hər birimiz gənc nəslin milli mənlik şüurunun formalaşmasın, onun vətənpərvərlik ruhunda tərbiyə olunmasında hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vəzifəsini yerinə yetirməlidir. Burada həm maarifləndirmə işləri, həm onların vətənpərvər ruhunda yetişməsi, onların gələcəkdə ölkəmizə fayda verməsi, dövlətimizin möhkəmlənməsi, Azərbaycanın daha güclü və daha qüdrətli olması naminə bu işdə hər kəs səfərbər olmalıdır və cəmiyyət olaraq üzərimizə düşən tarixi missiyanı, böyüməkdə olan, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsi, ölkəmizi hər zaman yad təsirlərdən qoruması istiqamətində təbliğat, maarifləndirmə, tərbiyə işlərini həyata keçirtməliyik”.

“Bu gün Azərbaycan cəmiyyətində gəncləri çaşdıran, qarışıqlıq yaratmaq istəyən qüvvələr var”
“Bu baxımdan da əlbəttə ki, təkcə dövlətin və dövləti təmsil edən hüquq-mühafizə orqanlarının bir vəzifəsi kimi baxmalı deyilik. Bu, ümumillikdə hər bir kəsin ana vəzifəsi olmalıdır ki, hər birimiz gələcək güclü və qüdrətli Azərbaycana naminə böyüməkdə olan gənc nəslin milli mənəvi dəyərlərə söykənərək onların yetişdirilməsi istiqamətində mühüm addımlar ataq”, - dyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu -“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlikhisslərinin tərbiyəsi”

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az