Sənaye və energetika

Bolqarıstanın Baş naziri: “Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

Bolqarıstanın Baş naziri: “Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq. Demokrat.az gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Kiril Petkov öz çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür.

“Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”, - deyə Petkov bildirib.

O, həmçinin Yunanıstanın baş naziri Kriakos Mitsotakisə təşəkkür edib.

D
demokrat.az