Sosial

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.

Bu barədə Demokrat.az-aƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib. Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.

D
demokrat.az