Gündəm Özəl

“Bu gün Mərkəzi Asiya və Qafqaz ciddi şəkildə mübarizə meydanına çevrilir” — ŞƏRH

“Bu gün Mərkəzi Asiya və Qafqaz ciddi şəkildə mübarizə meydanına çevrilir” — ŞƏRH

“Rusiya və Qazaxıstan münasibətləri artıq bir neçə aydır ki, heç də sabit deyil. Üzdə görünən sabitliyin arxa cəbhəsində ciddi şəkildə Qazaxıstan hakimiyyətinə təzyiqlərin şahidi olmaqdayıq. Yaxşı olardı ki, mövcud risklər əvvəldən başa düşülərdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloq vurğulayıb ki, artıq dünən Qazaxıstanda Xəzər vasitəsilə Azərbaycan, Gürcüstan və Qara dənizdən Avropaya Qazaxıstan neftinin tədarükü ilə bağlı işçi qrupunun iclası keçirilib:

“Məlum məsələdir ki, Qazaxıstanın Avropaya çıxışı üçün əsas vasitə məhz Transxəzər marşrutu olmalıdır. Düzdür, bununla bağlı əlbəttə ki, fəaliyyət var idi. Lakin söhbət həcmin artırılmasından gedir və həcmin artırılması imkanları da Azərbaycanda var.

“Bu gün Mərkəzi Asiya və Qafqaz ciddi şəkildə mübarizə meydanına çevrilir” — ŞƏRH

Amma, Qazaxıstan neftin ixracatçısı olduğundan özü bu məsələləri təbii ki, öz üzərinə götürməlidir. Bundan qabaq Qazaxıstan hakimiyyəti Türkmənistan vasitəsilə İrana, oradan da əlbəttə ki, digər üçüncü ölkələrə neftin ixracı ilə bağlı sənədi imzalanmışıdr. Görünür bu hal da Moskvadakı münasibətlərə təsir edib. Hər bir halda biz Özbəkistandakı qaraqalpaqlarla bağlı olaylarda, hadisələrdə Rusiya faktorunu tamamilə kənara ata bilmərik”.

Politoloq qeyd edib ki, bu gün Mərkəzi Asiya və Qafqaz ciddi şəkildə mübarizə meydanına çevrilir:

“Bu mübarizə meydanında Rusiya, ABŞ, Britaniya, İran, Çin və bir sıra ölkələr, onlar arasında olan müəyyən qruplar fəaliyyət göstərirlər. Dünyanın nəqliyyat-logistika və geo-iqtisadi konfiqurasiyasının dəyişdiyi bir zamanda sözsüz ki, bu hadisələrə Qazaxıstana təsir edəcək, hətta yeri gəlmişkən unutmayaq ki, son hadisələr fonunda Çindən Avropa İttifaqına, Almaniyanın Maqnum şəhərinə qədər gedən dəhliz yolunda, nəqliyyat yolunda məhz Qazaxıstan xüsusi rol oynamağa başlayıb. Bu da təbii ki, Rusiya üçün qıcıq doğuracaq faktorlardan biridir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az