Xarici siyasət

Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri görüşdülər

Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri görüşdülər

Böyük Britaniyanın Birmingem şəhərində Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və büro üzvü Azay Quliyev tviterdə yazıb.

“Azərbaycan və Böyük Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri Böyük Britaniyanın Birmingem şəhərində səmərəli görüş keçirib və həm ikitərəfli formatda, həm də ATƏT PA çərçivəsində əməkdaşlığı müzakirə ediblər”, - o qeyd edib.

Məlik Demokrat.az

D
demokrat.az