Gündəm Özəl

Deputat: “Qanunları pozan şirkətlər və şəxslər ciddi cəzalandırılmalıdır”

Deputat: “Qanunları pozan şirkətlər və şəxslər ciddi cəzalandırılmalıdır”

Son aylar narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşib avtoxuliqanlıq edən, qəza şəraiti yaradan sürücülərin sayı artıb. Belə hallara nəinki paytaxtda, eləcə də rayonlarda da rast gəlmək mümkündür. Statistika göstərir ki, bu kimi halların sayı kifayət qədər artmaqdadır. Bu isə o deməkdir ki, insanların həyatları daim təhlükədədir. Daxili İşlər Nazirliyinin vaxtaşırı belə sürücülərin saxlanılması ilə bağlı yaydığı məlumatlar da bunu təsdiq edir. Bəs, zaman keçdikcə daha təhlükəli vəziyyət yaradan bu problemdən çıxış yolunu nədə görürlər?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında eyd edib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin sayı son zamanlar ciddi şəkildə artıb. Deputat vurğulayıb ki, məsələyə təkcə sürücülərin problemi dairəsindən yox, ümumi narkomaniyanın vəziyyəti kontekstində yanaşmaq lazım olduğunu düşünür:

“Təbii ki, sürücülərin narkotik maddələrin, psixotrop maddələrin təsiri altında olması faktları var və bu məsələnin ciddiliyindən xəbər verir. Bunun qarşısını almaq üçün düşüünrəm ki, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizədə daha sərt, daha ciddi tədbirlər görülməlidir.

Deputat: “Qanunları pozan şirkətlər və şəxslər ciddi cəzalandırılmalıdır”

Yolda narkoman sürücü görmək istəmiriksə, o zaman bu problemlə mübarizə metodlarını daha da sərtləşdirməliyik. Bununla bağlı müvafiq təşkilatlar, orqanlar ciddi məşğul olmalıdırlar”.

Deputat hesab edir ki, hər bir sürücü xəttə buraxılmamışdan öncə xüsusi testdən keçirilməlidir. Onlar həm narkoloji, həm də tibbi sağlamlığı yoxlanılmaldıır. Təbii ki, hər gün qanunla sürücü xəttə çıxmamışdan öncə bu yoxlanışlardan keçməli, tam sağlam halda sükan arxasında olmalı və xidmət göstərməlidirlər. Çünki qanunvericiliyimiz sürücüdə narkotik sərxoşluğun aşkar olunduğunu təqdirdə onu məcburi tibbi müayinəyə və müalicəyə göndərməyə də icazə verir. Qanunvericilikdəki tələblər normaldır. Sadəcə, onun tətbiqinin daha dəqiq və işlək olmasına nəzarət olunmalıdır. Düşünürəm ki, burada həm də boşluqlar var. Məsələn, hansısa hadisə baş verir, məsələ böyüyür və baxırıq ki, həmin avtobus şirkətləri və digər xidməti təşkilatlar əl-ayağa düşürlər, bir müddət həmin o qanuna riayət edirlər və amam sonra yenə də boşluqlar baş verir. Bu çox ciddi nəzarət altında olmalı, çünki avtobuslar və taksilər birbaşa əhaliyə xidmət göstərirlər. Hesab edirəm ki, buna nəzarət edən dövlət orqanları nəzarəti artırmalı və qanunları pozan şirkətlər və şəxslər ciddi cəzalandırılmalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az