Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal NəsirliVətən müharibəsi qazisi Kənan Zeynalovuntoyunda iştirak edib. O, yeni evlənən cütlüyə üçotaqlı mənzilin açarlarını təqdim edib.
Demokrat.az-ın məlumatına görə, bu barədə Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu məlumat yayıb:
“Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezidentin adından toyu olan qazi Kənana üçotaqlı mənzilin açarlarını və sənədlərini təqdim etdi! Xoşbəxt olsun!”, - o qeyd edib.
R.Kərimoğlu bildirib ki,toyda ƏƏSMN-in tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behdudov, Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov da iştirak edir.

Leyla Demokrat.az


