Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.
Bu gün baş tutan iclasda zərərçəkmiş Əfsən Həsənəliyev məhkəmə zalında üstünə benzin tökərək özünü yandırmaq istəyib.
Buna səbəb vəsatətlərinin təmin olunmaması olub.
Onun intihara cəhd etməsinin qarşısı alınıb. Məhkəmə zalından kənarlaşdırılaraq adiyyatı üzrə polislər tərəfindən aparılıb.
Fariz Məlikli Demokrat.az


