Gündəm Özəl

"Biz Rusiya ilə müharibə etməyəcəyik"— Makron

Biz Rusiya ilə müharibə etməyəcəyik— Makron

Fransa prezidenti EmmanuelMakronbildirib ki, Rusiya ilə müharibəyə cəlb olunmaq qorxusuna görə Qərb ölkələri Ukraynaya müəyyən növ silahlar verməməyə razılaşıblar.

Demokrat.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Makron bu fikirləri Kiyevdə Ukrayna, Almaniya, Rumıniya və İtaliya liderləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz Ukraynaya özünü müdafiə etməyə kömək edirik, lakin Rusiya ilə müharibəyə getməyəcəyik, ona görə də müəyyən silahların, xüsusən də hücum təyyarələri və ya tankların tədarük edilməməsi qərara alındı ​​və prezident Zelenski bu razılaşmadan xəbərdardır”, – Makron bildirib.

Leyla Demokrat.az

D
demokrat.az