Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və “Böyük Qayıdış”ın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi “Böyük Qayıdış”ı yüksək səviyyədə həyata keçirmək əzmini dəfələrlə nümayiş etdirib.
Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli və fundamental işlər Azərbaycanın bu istiqamətdəki qüdrətini bir daha göstərir. 
“44 günlük Vətən müharibəmiz Azərbaycanın 30 ilə qədər işğalda qalan torpaqlarının qayıtması ilə nəticələndi. Əvvəla, bu, Azərbaycan dövlətinin gücünü göstərmiş oldu. Azərbaycan ordusunun qətiyyətini, qüdrətini, Vətən sevgisini dünyaya bəyan etmiş oldu. Bilirik ki, bu işğal nəticəsində milyondan yuxarı insan öz dədə-baba yurdlarından qaçqın, məcburi köçkün və didərgin şəraitinə düşmüşdü. Bütün bu məsələlər 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz tərəfindən həll edilmiş oldu. Bununla da, Azərbaycan həm də beynəlxalq hüququ və ali ədaləti bərpa etdi. Artıq biz Qarabağ torpaqlarında, Şərqi Zəngəzurda müharibə bitəndən sonra minaların təmizlənməsi ilə paralel abadlıq, quruculuq, yenidən qurma işlərinə start vermişik. Bu gün 5-ci nəsil müharibə göstərən azərbaycanlı 5-ci nəsil müasir evlər, strateji, obyektlər, tunellər, körpülər tikir və qısa vaxt ərzində beynəlxalq standartlara uyğun hava limanı inşa etmişdir. Bu, bizim bir daha bu sahədəki gücümüzü və qüdrətimizi göstərir”. 
“Təbii ki, qısa vaxt ərzində buranın dinc sakinləri evlərinə qayıdacaqlar və orada insanlarımız daimi xoşbəxt və firavan yaşayacaqlar. "Böyük Qayıdış" hər bir azərbaycanlının həyatındakı ən ündə arzularından biridir. Biz çox böyük tarixi günlər yaşayırıq. Biz öz halal torpaqlarımıza dönürük, oranı yenidən dirçəldirik, yenidən qururuq. Artıq yaxın zamanlarda tək Ağalı da yox, digər kəndlərdə, şəhərlərdə yaşayacağıq və insanlarımız "Böyük Qayıdış"la həm də hər bir azərbaycanlının öz arzusuna qayıtmış olacaq. Hər birimizin ən böyük arzularından biri həmin torpaqlarda birgə yaşamaqdır, həmin torpaqlarda əkib-becərmək idi. 
Milli Məclisin deputatı Cavid Osmanov isə Demokrat.az-a açıqlamasında bildirib ki, artıq Qarabağda çox böyük bərpa və yenidənqurma işləri həyata keçirilməkdədir:
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 illik Ermənistanın Azərbaycan torpaqlarına işğalına son qoydu. Bununla da, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və ədaləti bərpa etmiş oldu. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz Müzəffər Ali Baş Komandamızın, prezident cənab İlham Əliyevin qurduğu düzgün strategiya nəticəsində Azərbaycan tarixinin ən parlaq qələbəsi kimi tarixə düşdü. İşğal müddətində ermənilər Azərbaycan torpaqlarında misli görünməmiş vəhşilik, vandallıq nümayiş etdirmişlər. Onlar bütövlükdə infrastrukturu məhv etmişdilər. Daş-daş üstə saxlamamışlar, sosial obyektləri , evləri, mənzilləri tamamilə darmadağın etmişlər. Tarixi, dini, mədəni abidələrimizi tamamilə məhv etmişlər. Tarixi saxtalaşdırmağa çalışmışdılar. Ekologiyamıza qarşı bütövlükdə çox böyük vəhşiliklər nümayiş etdirmişlər, ağacları kəsib aparmışdılar. Əlbəttə ki, bu bir daha erməni vəhşiliyinin, erməni vandallığının bir nümunəsidir. 


“100 km-lərlə avtomobil yollarının çəkilişi, yüksək gərginlikli elektrik xətlərinin verilişi, elektrik enerji təminatı, eyni zamanda dəmir yol xətlərinin çəkilməsi, bütövlükdə infrastrukturun ilk növbədə bərpa olunması istiqamətində görülmüş işlər əlbəttə ki, il yarım ərzində müharibə bitən müddətdə çox böyük və nəhəng işlərdir. Bununla paralel olaraq əlbəttə ki, işğaldan azad olunmuş ərazilərimizin, şəhərlərimizin, kəndlərimizin baş planlarının təsdiqlənməsi, baş plana uyğun böyük işlərin görülməsi bir çox istiqamətlərdə artıq yaşayış evlərinin tikintisi həyata keçirilməkdədir. Burada fərdi evlər və mənzillərdən söhbət gedir. Nümunə üçün artıq biz qeyd edə bilərik ki, "Böyük Qayıdış"ın məhz ilk mərhələsi olaraq Zəngilanın Ağalı 1, Ağalı 2, Ağalı 3 kəndlərində həyata keçirilən pilot layihə kimi ağıllı kənd pilot layihələrinin artıq ilkin mərhələsinin açılış mərasimdə ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Digər bir tərəfdən artıq burada məktəblərin tikintisinə start verilmişdir, səhiyyə ocaqlarının tikintisinə, digər sosial obyektlərin tikintisinə başlanılmışdır”. 



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu:İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aynurə Pənahqızı Demokrat.az


