Gündəm

İcra hakimiyyəti Daşkəsəndəki təbii fəlakətlə bağlı açıqlama yaydı

İcra hakimiyyəti Daşkəsəndəki təbii fəlakətlə bağlı açıqlama yaydı

İyunun 10-nu saat 19 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışlarıəsasən rayonun Çanaqçı, Suqovuşan, Almalıvə Alaxançallı kəndlərindəköpülərə,yol,elektrik, rabitə təsərrüfatlarına,fərdi avtomobillərə,əhalinin əkin sahələrinəvəyaylaqlarda vətəndaşların mal-qarasınaciddi ziyanvurub, bir sıra fəsadlar törədib.

Bu barədə Gununsesi.info-ya Daşkəsən Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir.

Məlumatda deyilir ki, selsuları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdaraq aparıb. Alaxançallı kəndi ərazisindəisəsel suları4körpünü dağıdıb,körpülər dağıldığı üçünrayonla kəndlər arasında olan əlaqələr kəsilib,kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb,4avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündənhəmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.

İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətindəDaşkəsən RayonFövqəladəHallarKomissiyası tərəfindən işlər davam etdirilir.

D
demokrat.az